"Problemin həlli 10-15 ilə mümkündür" — Qazıntılar aparılmalıdır

GÜNDƏM 01 iyul 2024, 18:58
Yay fəslinin gəlişi ilə bir sıra problemlər də gündəmə gəlir. Aktual problemlərdən biri də illərdir həllini tapmayan kanalizasiya problemidir. Kanalizasiya xətlərinin olmadığı ərazilərdə, xüsusən də paytaxt ətrafı qəsəbələrdə yayda üfunət iyinin əlindən yaşayış dözülməz həddə çatır. 

Ekoloq Rövşən Abbasovun sözlərinə görə, problemin həll edilməsi hələ çox vaxt aparacaq.

Ekspert məsələnin səbəblərini Demokrat.az-a açıqlayıb:   

“Qarabağ müharibəsindən sonra qaçqın düşən əhalinin böyük əksəriyyəti Abşeron yarımadasında məskunlaşdı. Burada sürətlə qeyri-qanuni məskunlaşma prosesi gedib. Nəinki kanalizasiya xətləri, hətta işıq, qaz, su olmayan ərazilərdə də insanlar məskunlaşıb. Bu ərazilərə su verilişindən sonra kanalizasiya problemləri yarandı. Evlərin əksəriyyətinin kanalizasiya sistemlərinə çıxışı yoxdur. Problemin həlli üçün bir sıra işlər görülür. İstifadəyə verilməkdə olan çirkab sularının təmizlənməsi stansiyasını xüsusi qeyd etmək olar. Bundan başqa Lökbatanda da stansiya istifadəyə verilir. Hesab edirəm ki, problemin həlli hələ uzun çəkəcək. Hətta vəsait olsa da, layihə hazırlansa da proses texniki baxımdan uzundur. Bu, su xətti çəkmək deyil, qazıntılar aparılmalıdır. Yəqin ki, 10-15 ilə məsələ həllini tapar".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top