"Aparıcılar bilmir nə danışırlar"

ŞOU-BİZNES 28 iyn 2024, 19:00

"Verilişlərə getmirəm. Çünki aparıcı bilmir nə danışır. 40 illik aparıcılıq təcrübəm var. Televiziya aparıcılığı başqadır, gərək sözünə yiyə çıxacaq. Danışdın, uçub gedir".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov aparıcı Lamiyə Ələkbərovanın "Səhər görüşləri" proqramında deyib. Aktyor verilişlərə getməməsindən danışıb. 

Ç.Əhmədov "Kinoklub"u bərpa etmək istəyirəm. Bu haqda düşünürəm" deyə, əlavə edib.  

"İndi deyirlər ki, yeni layihə yaratdıq. Yox, hamısının kökü AzTV-dəkilər olub" deyə, L.Ələkbərova əlavə edib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top