Rusiya müdafiə nazirinin müavini: Azərbaycan Ordusu ölkəsinin etibarlı qalası və qürurudur

GÜNDƏM 26 iyn 2024, 23:55

Azərbaycan Rusiya Federasiyasının strateji tərəfdaşıdır.

Bunu Rusiya Müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin Moskvada Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışında bildirib.

Onun sözlərinə görə, xalqlarımızı çoxəsrlik sıx dostluq və ümumi qəhrəmanlıq tarixi bağlayır.

“Azərbaycan müstəqil xarici siyasəti olan dövlətdir. Güclü ordu güclü dövlətin etibarlı dayağıdır. Azərbaycan Silahlı Qüvvələri öz ölkəsinin etibarlı qalası və qürurudur. Silahlı qüvvələrdə xidmət təkcə şərəfli vəzifə deyil, həm də üstünlükdür. Qeyri-sabit beynəlxalq vəziyyətdə hər hansı bir dövlətin hərbi təhlükəsizliyinin təmin edilməsi məsələləri ön plana çıxır. Bu kontekstdə milli silahlı qüvvələrin hazırlıq səviyyəsi isə xüsusi aktuallıq qazanır”.

Fomin qeyd edib ki, Rusiya və Azərbaycanın müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələr getdikcə inkişaf edir və bu, Cənubi Qafqaz və Xəzər dənizi regionlarında təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.

“Bu gün Rusiya Müdafiə Nazirliyi və müdafiə naziri adından sizi möhtəşəm bayram münasibətilə təbrik edir, uğurlar arzulayıram. Hamımıza əmin-amanlıq, mehribanlıq, cansağlığı və firavanlıq”, - Rusiya MN başçısının müavini yekunlaşdırıb.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 21:15
12 iyl 2024, 20:17
Top