Sabirabadda yük maşını minik avtomobili ilə toqquşdu: 6 yaralı var

HADİSƏ 23 iyn 2024, 19:56
Sabirabadda qəza olub.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Surra kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Qazel” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 6 nəfərdən 2-nin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top