Təmir etdiyi maşının altında qalaraq öldü

HADİSƏ 23 iyn 2024, 14:35
Salyanda yük maşınının altında qalan usta ölüb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan sakini, 1986-cı il təvəllüdlü Vüsal Seyidməmməd oğlu Sadıqov yük maşınını təmir edən zaman həmin avtomobili digər maşın vurub. Nəticədə təmir etdiyi avtomobil Vüsal Sadıqovun üstünə düşüb və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top