MİDA yaşayış kompleksinin həyəti su ilə doldu — VİDEO

SOSİAL 22 iyn 2024, 16:31

MİDA-nın Yasamaldakı yaşayış kompleksinin ərazisi yağışdan sonra sulara qərq olub.

Demokrat.az xəbər verir ki, bu barədə görüntülər baku.ws-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, leysandan sonra yaşayış kompleksinin ərazisi gölməçəyə çevrilib. Nəticədə sakinlərin həm piyada, həm də avtomobillərlə hərəkəti çətinləşib.

Bəzi yerlərdə yığılan suyun səviyyəsi o qədər artıb ki, avtomobil idarə etmək ümumiyyətlə mümkün olmayıb.

Sözügedən görüntüləri təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top