Həbs olunan məşhur reper xaosu fürsətə çevirdi — FOTO

DÜNYA 21 iyun 2024, 17:46
Məşhur amerikalı reper Travis Skott ötən gün Mayamidə səhər saat 04:35 radələrində "sərxoş halda mülkə icazəsiz girdiyi" üçün həbs edilib və 650 dollar girov qarşılığında sərbəst buraxılıb.

Demokrat.az xəbər verir ki, Skottun baş verən hadisəni fürsətə çevirə bilməsi diqqət çəkib.

Beləki, 33 yaşlı məşhurun “Turner Guilford Knight” həbsxanasına yerləşdirildiyi açıqlanıb.

Skottun Mayami Dade Corrections müəssisəsi tərəfindən paylaşılan həbsdə çəkilən fotosu da ortaya çıxıb. 

Həbsdə olan fotosunun sosial mediada trend mövzusuna çevrilməsindən istifadə edən məşhur həmin şəkli köynək üzərində çap edərək öz brendi ilə satışa çıxarıb. Maykanın üzərindəki “It's Miami” (Bura Mayamidir) sözləri diqqətdən yayınmayıb.

Qeyd edək ki, Skott məşhur amerikalı model Kayli Cennerlə eşq macərası ilə gündəm olub. Skottun Kayli Cennerlə münasibətindən iki övladı var. 


Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top