"Dini kəbin 1400 ildir ailələri tənzimləyən qanun olub" — Deputatın fikirlərinə REAKSİYA

GÜNDƏM 21 iyun 2024, 14:43
Son zamanlar ölkəmizdə boşanan ailələrin sayı günü-gündən artır. Bu məsələnin kökündə bir çox problemlər dayanır. Lakin bunlardan biri də rəsmi nikah olmadan kəbin kəsilməsidir. Çünki rəsmi nikah olmadan dini kəbin kəsərək evlənən cütlüklər bir müddət sonra boşananda ciddi problemlərlə üzləşirlər.

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov parlamentdə  ötəngünkü çıxışında bildirib ki, nikah olmadan kəbin kəsənlər cəzalandırılmalıdır:

"Çünki rəsmi nikah olmadığından tərəflər ciddi məsuliyyət daşımır. Bir müddət sonra boşanma baş verir və bu da ciddi narahatlıq doğurur. Qafqaz Müsəlmanları İdarəsinin də tövsiyəsi var idi ki, rəsmi nikah olmadan dini kəbin kəsilməsin. Bu, sadəcə tövsiyə şəklindədir. Ona görə də hesab edirəm ki, bununla bağlı ciddi cəzalandırma mexanizmi olmalıdır. Azərbaycanda özünün din xadimi olduğunu deyən on minlərlə adam var ki, onlar arasında dini savadı və kəbin kəsmək üçün icazəsi olanların sayı bundan dəfələrlə azdır”- deputat qeyd edib.

Demokrat.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli  hesab edir ki, dini kəbini üstün bilib rəsmi nikahdan məhrum qalmaq və ya əksinə bir hal doğru deyil: 


"Son illərdə Avropadan idxal edilən bir çox filmlər bizim ailə institumuza çox böyük mənfi tərsirlər göstərir və gənclərimizin çoxu oradan nümunə götürür.

“Ölkəmizdə son zamanlar boşanan ailələrin sayı vicdanlı insanların dünyasında böyük narahatlığa səbəb olub. Hər kəs bu pandemiyanın qarşısını almaq üçün təkliflər irəli sürür. Biz də din adamı olaraq bu fəlakətin əndişəsi içərisindəyik. 

Düşünürük ki, məsələnin həll yolu mənəvi bir güclə həll oluna bilər. Çünki insan ailə qurmağı namaz qılmaq kimi görməlidir. Bir insan namaza durduğu zaman necə böyük bir həssaslıq göstərirsə, ailə quran insanlar da 60-70 ilin ailə ibadətini yerinə yetirməyə çalışmalıdırlar. 

Əslində boşanmaların səbəbi insanların zehnində və qəlbində bir boşluq olması, hər hansı bir maddi və mənəvi çətinlik zamanı zəiflik göstərməsi ilə əlaqədardır. Sevgili Peyğəmbərimizin 23  illik mübarizə dövründə sadəcə 3 boşanma olub. 

Ümid edirəm ki, Qarabağı fəth edən bir xalqın övladları həmişə sevgi hörmət üzərində ailə qurar. Dini kəbin ilə rəsmi nikah arasında son zamanlar çox söhbətlər gedir. Biz hüquqi bir dövlətə yaşayırıq. İslam inancında olan bir müsalman kimi mənəviyyatımıza bağlı insanlarıq. 

Bəlkə də günümüz üçün bu bir ailənin qoşa qanadına bənzəyir. Bu şəkildə tənzimlənməlidir ki, ailələrdə hüquqi və mənəvi vəzifə baxımından hökmlər yerini almış olsun. 

Ümid edirəm ki, qanunların tənzimlənməsində buna diqqqət yetiriləcək. Dini kəbin 1400 ildir insanlıq tarixi boyunca ailələri, onun daxili ruhunu tənzimləyən qanun olub. Bu günümüzdə bəlkə ona fərqli baxılır. Çünki nikah olmayan ailədən dünyaya gələn övladlara din yaxşı baxmır. Dini kəbin  Allahdan izin alma, göy qütbəsindən enən qanuna hörmət və ehtiramdır. Rəsmi nikah isə dövlətimizin qanunudur”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top