Lisey və gimnaziyalara qəbul imtahanları keçirildi

SOSİAL 21 iyun 2024, 15:00
21 iyun tarixində Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyaların 7 və 8-ci sinifləri üzrə mərkəzləşdirilmiş qaydada qəbul imtahanı həyata keçirilib.

Təhsil İnstitutundan Demokrat.az-a verilən məlumata görə, qəbul imtahanı 10880 şagirdin iştirakı ilə Bakı şəhəri ilə bərabər, Ağdaş, Beyləqan, Biləsuvar, Lənkəran, Masallı, Mingəçevir, Oğuz, Qobustan, Quba, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Sumqayıt, Gəncə və Naxçıvan şəhərində təşkil olunub.

Qeyd edək ki, imtahan nəticələri 10 gün ərzində elan olunacaq.

Şagirdlər imtahan nəticələrini şagirdlərin elektron yerdəyişmə portalından (sy.edu.az) əldə edə biləcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top