Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı Azərbaycana gəlir

COP29 19 iyun 2024, 21:13
Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Azərbaycana gəlir.

Demokrat.az-ın xəbərinə görə, Avropa komissarı Vopke Hoekstra iyunun 20-də Azərbaycana səfər edəcək.

Aİ-nin iqlim fəaliyyəti üzrə komissarının səfərinin məqsədi hökumət rəsmiləri və vətəndaş cəmiyyəti ilə görüşmək və noyabrda Bakıda keçiriləcək COP29-a hazırlığı müzakirə etməkdir.

Komissar Hoekstranın Bakıda səfərdə olarkən bir sıra dövlət rəsmiləri ilə görüşü nəzərdə tutulur. Aİ rəsmisi, həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top