Türkiyədə zavodda yanğın başlayıb, havadan və qurudan müdaxilə edilir

REGİON 18 iyun 2024, 16:40
Türkiyənin İstanbul şəhərindəki Tuzla qəsəbəsində avtomobil ehtiyat hissələrini istehsal edən zavodda yanğın başlayıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisənin səbəbi məlum deyil.

Hazırda yanğının söndürülməsi üçün qurudan və havadan müdaxilə edilir.

Əraziyə 56 nəqliyyat vasitəsi və 167 nəfərlik briqada cəlb olunub.

İlkin məlumata görə, yanğın nəticəsində ölən və ya yaralanan yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 22:21
Top