Moskvada yük avtomobili 16 maşına çırpılıb

REGİON 18 iyun 2024, 13:51
Moskvada 17 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, qəza Moskvanın şimal-şərqində, Dmitriyevski küçəsində, ev 11-in yaxınlığında baş verib.
Yük maşını 16 avtomobilə çırpılıb. Nəticədə avtomobillərə ziyan dəyib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top