"Mançester Yunayted"in müdafiəçisi "Fənərbağça"ya keçə bilər

İDMAN 17 iyn 2024, 13:39
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Viktor Lindelöf karyerasını Türkiyədə davam etdirə bilər.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Fənərbağça" 29 yaşlı müdafiəçi ilə maraqlanır.

Komandanın yeni baş məşqçisi Joze Mourinyo isveçli oyunçunu heyətdə görmək istəyir.

Qeyd edək ki, Lindelöf 2023/2024 mövsümündə 28 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 iyl 2024, 11:35
Top