Moskvada azərbaycanlı iş adamlarına məxsus obyektə bomba qoyulması xəbəri yayılıb

REGİON 17 iyn 2024, 12:17
Moskvada azərbaycanlı iş adamlarına məxsus "Yevropeyski" Ticarət və Əyləncə Mərkəzinə bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya paytaxtının mərkəzində, Kiyev vağzalının yaxınlığında yerləşən Ticarət və Əyləncə Mərkəzi "bomba" qoyulması təhlükəsi ilə təxliyə edilib.

Qeyd edək ki, "Yevropeyski" Ticarət və Əyləncə Mərkəzi yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov və Zarax İliyevə məxsusdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top