Ermənistanda etirazlarda iştirak edən 12 nəfərə cinayət işi açılıb

REGİON 17 iyn 2024, 12:40
İyunun 12-də keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatyının İrəvanın Vaqramyan prospektindəki mitinqində iştirak edən 12 nəfərə qarşı cinayət işi açılıb.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Bildirilib ki, onlardan 8 nəfəri barəsində həbs, 4 nəfərlə bağlı isə ev həbsi ilə bağlı qətimkan tədbiri seçilib. Bir nəfər isə paytaxt ərazisini tərk etməmək şərti ilə sərbəst buraxılıb. Əməliyyat-istintaq tədbirləri zamanı bu şəxslərin həmin kütləvi aksiya zamanı kütləvi iğtişaşların və xuliqanlıq hərəkətlərinin törədildiyi müəyyən olunub.

Məlumatda həmçinin adı açıqlanmayan bir nəfərin axtarışa verildiyi də qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top