ABŞ-dən Rusiyanın dondurulmuş aktivləri ilə bağlı açıqlama

DÜNYA 17 iyn 2024, 09:55
"Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya 50 milyard dollarlıq kreditin verilməsində heç bir hüquqi ziddiyyət yoxdur".

Bu açıqlama ilə ABŞ-nin maliyyə naziri Canet Yellen çıxış edib.

ABŞ-nin maliyyə naziri eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın dövlət aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın xeyrinə istifadəsinin oğurluq olduğu iddiasını da rədd edib.

"Heç bir halda oğurluqdan söhbət gedə bilməz. Rusiya aktivləri bu qurumda qalır. Onlar hərəkətsizdir. Rusiya sərmayələrinin müddəti artıq başa çatıb. Rusiyanın pulu nağd formadadır, lakin orada hesablanan gəlirə hüququ yoxdur", - C.Yellen bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top