İstirahət mərkəzində dərəyə yıxılan yeniyetmə ağacdan asılı vəziyyətdə qaldı — VİDEO

HADİSƏ 16 iyn 2024, 22:30

Lənkəran-Lerik yolunun 23-cü kilometrliyində yerləşən istirahət mərkəzində yeniyetmə dərəyə yıxılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyə daxil olan məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu il təvəllüdlü Ş.Məmmədlinin istirahət mərkəzinin ərazisində yıxılaraq dərəyə düşdüyü və ağacdan asılı vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər tərəfindən xüsusi alpinist ləvazimatlarının köməyi ilə yeniyetmə dərədən çıxarılaraq ailəsinə təhvil verilib.

Həmin görüntüləri təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top