Tbilisdə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib — FOTOLAR

XARİCİ SİYASƏT 15 iyn 2024, 17:00
“Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində Tbilisdə beynəlxalq konfrans keçirilib. 

Demokrat.az
xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları və Azərbaycan Respublikasının Gürcüstandakı Səfiri Faiq Quliyev birgə 15 iyun Milli Qurtuluş Günü nümansibəti Ümumilli Lider Heydər Əliyevin Tbilsinin mətkəzində ucaldılmış abidəsini ziyarət edərək, əklil qoyublar. 
  
Tədbiri giriş nitqi ilə açan M. F. Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyini direktoru Leyla Əliyeva, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin müşaviri Eldar Bayramov, “Cəмiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhnəd Abbasbəyli iştirakçıları salamlayaraq, nitqində layihənin məqsədi və görülən işər barədə məlumat verib, layihənin, o cümlədən tədbirin həyata keçirilməsində əməyi keçən hər kəsə, ekspertlərə və təşəkkürünü bildirib.
   
Daha sonra ekspertlər çıxış ediblər.

ATXƏM sədri İlham İsmayılov isə “Müasir dövrdə “Qafqaz evi” ideyasının perspektivləri və regionda sülhə və təhlükəsizliyə təsiri”  mövzusunda məruzə edib.

Layihə çərçivəsində üç dildə hazırlanmış və çap edilmiş “Qafqaz evi” regionda sülh və təhlükəsizlik ideyası” adlı kitabının təqdimatı da keçirilib.

Daha sonra tədbir Gürcütan Parlamentinin üzvləri, Abxaziya Muxtar Respublikası hökumətinin keçmiş sədri, Gürcüstanın elm xadimləri, tanınmış ictimai-siyasi şəxslər, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri və üzvləri, Azərbaycanın Gürcüstandakı Səfirliyinin ikinci katibi Ramiz Hacızadə və digərlərinin müzakirələri ilə davam etdirilib, suallar cavablandırılıb. 

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin də iştirak etdiyi tədbirdə ATXƏM sədri İlham İsmayılov mövzular ətrafında çıxış edərək, məsələlərin aktuallığını, region dövlətlərinin və xalqlarının qonşuluq şəraitində yaşaması, sülhün və təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıblar.

Tədbir iştirakçıları görüləcək işlər və problemlər bbarədə öz fikirlərini bölüşüblər. 

Təbririn sonunda iştirakçılara və Gürcüstanın ictimai-siyası təşkilatlarına “Qafqaz evi” regionda sülh və təhlükəsizlik ideyası” adlı kitab hədiyyə edilib. Məqsəd həmin təşkilatlar vasitəsi ilə kitabın və bu təşəbbüsün regionda geniş yayılmasına nail olmaqdır. 


Elmar Heydərli
Demokrat.az





































 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top