Bakıda SEVGİ DRAMI: Ayrılığa görə bıçağı qarnına sancdı

KRİMİNAL 14 iyn 2024, 19:49

Bakıda intihara cəhd olub.

Demokrat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu A.Nemətulla küçəsində qeydə alınıb.

44 yaşlı İ.Əhmədov özünü öldürmək üçün qarnına bıçaqla xəsarət yetirib.

Məlumata görə, hadisəyə sevgi münasibətləri səbəb olub.

İ.Əhmədov bir xanımla qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb. Sevgilisinin ondan ayrılacağı ilə bağlı verdiyi qərar İ.Əhmədovu sarsıdıb. Məhz bu səbəbdən o, intihara cəhd edib.

Onu da qeyd edək ki, hadisəni törədən zaman İ.Əhmədov sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top