Fernandu Santuşla "3+1" illik müqavilə İMZALANDI

İDMAN 13 iyun 2024, 13:12
AFFA ilə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş arasında imzalanan müqavilənin müddəti bəlli olub.

Demokrat.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, 70 yaşlı çalışdırıcı ilə "3+1" illik müqavilə imzalanıb.

Təzminat və maddi məsələlər isə açıqlanmayıb.

Qeyd edək ki, Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top