“Müəllimləri qınamağın tərəfdarı deyiləm. Onları kütləvi şəkildə işdən çıxarmaqla məsələ həll olunmur. Düşünürəm ki, sertifikasiya imtahanının keçirilməsində səmimi niyyət yoxdur, sadəcə yer boşaldırlar”.
Bunu AzVision.az -a açıqlamasında millət vəkili Fazil Mustafa 4 minə yaxın müəllimin təkrar sertifikasiya imtahanından keçə bilməməsindən danışarkən deyib. Deputat bildirib ki, müəllimləri tənqid etməzdən öncə sosial şərtləri nəzərə almaq lazımdır.
“Müəllimlərin böyük bir qismi ona görə sertifikasiyadan keçə bilmir ki, konkret olaraq hansısa bir sahəyə, prosesə hazırlaşma imkanına sahib deyillər. Çünki sosial şərtlər onları kifayət qədər basqı altında saxlayır.
Yüzlərlə müəllim tanıyıram ki, xəstə uşağı var. Onun sağlamlıq problem ilə məşğul olur. Maddi cəhətdən və vaxt baxımından çətinliyi var. O imtahana necə hazırlaşsın?
İmtahanı keçirənlərin əksəriyyətinin özü savadsızdır. Guya, onlar bu prosesi yaxşı bilirlər? Hansısa bir auditoriyada dərs deyiblər? Təhsilin idarə edilməsində iştirak edən insanları cəmiyyətə tanıtsaz, dəhşətə gələrlər. Sual verərlər ki, bu adamlar təhsil mexanizminin içində necə yer alıblar? Ona görə də qətiyyətlə deyirəm ki, sertifikasiya imtahanının keçirilməsində səmimi niyyət yoxdur. Burada məqsəd müəllimləri işdən çıxarıb, yerlərini boşaltmaqdır.
Saxta diplom, sertifikat verən adamlardan kimi cəzalandırıblar? Bütün dövlət qurumlarında bu cür diplomlarla işə girən minlərlə insan var. Bunlara görə kimsə məsuliyyət daşıyır? Biz fakta görə davranırıq və məsələnin kökünü, keçmişini araşdırmırıq.
Müəllimin həyatı, şəraiti ilə maraqlanmayan bir mexanizm onun bilgisizliyini üzə çıxarıb işdən qovmaqda daha çox maraqlıdır. Bu, bizim pensiyaçılara qarşı edilən addımlara bənzəyir.
Beş-on nəfər saxta pensiya düzəldib deyə minlərlə həqiqi pensiya almalı olan adamları kənarda saxladılar. Bunların hamısı dövlətdən narazı olan insan sayının artmasına gətirb çıxarır”.
Millət vəkilinin sözlərinə görə, müəllimlərə qarşı münasibətdə daha açıq, şəffaf forma seçilməlidir ki, onları məktəbdən uzaqlaşdırmaq asan olmasın.
“Burada mexanizm daha fərqli niyyətli olmalıdır. Müəllimlərdən qat-qat aşağı səviyyədə olan direktorlar atestasiya imtahanı keçirirlər. Halbuki özləri o standarta uyğun gəlmirlər”, -deyə F. Mustafa bildirib.