Ağacların kəsilməsi ilə bağlı araşdırma aparıldı

SOSİAL 12 iyun 2024, 18:10
Yasamal rayonu, Nərimanov prospekti, 5 saylı binanın qarşısında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkədə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmət rəisi Qafar Ağayev Demokrat.az-a bildirib ki, araşdırma zamanı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən sözügedən ərazidə iki quru şam ağacının rəy əsasında götürüldüyü, bioloji inkişafda olan bir şam ağacının isə qanunsuz kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. “Təbiətə dəymiş ziyanın məbləğı cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top