"Qorxuram ki, Saray körpüsü uçacaq"

ŞOU-BİZNES 12 iyn 2024, 00:22

"Sumqayıtdan Bakıya gələndə görürəm ki, hər yerdə təmir gedir, yollar düzəlir. Çox sevinirəm. Hətta tıxac yarananda belə vecimə almıram. Özümə deyirəm ki, bir müddət sonra rahat gedib, gələcəyik. Amma belə getsə, Sumqayıtla Saray qəsəbəsini birləşdirən körpünün üstündən rahat gedib, gələ bilməyəcəyik".

Axşam.az xəbər verir ki, bu sözləri Mətanət Əliverdiyeva aparıcılığını etdiyi "Xəzər axşamı" verilişində deyib. O, körpünün qəzalı vəziyyətdə olduğunu və buna görə çox qorxuğunu bildirib:

"Bir valideyn, sürücü, Sumqayıt sakini kimi körpüyə nəzarət edən qurumlara müraciət edirəm. Körpü qəzalı vəziyyətdədir. Oradan keçəndə deyirəm ki, bu dəqiqə öləcəyəm. Kəlmeyi-şəhadəti deyib keçirəm. Siz hara baxırsınız bilmirəm. Biz sürücülər o körpüdən şikayətçiyik. Hər gün oradan neçə avtobus keçir, şagirdləri aparır. Qəza olanda çox pis nəticələnəcək. Kiminsə ölməyini istəyirsinizsə, bu başqa məsələ, çəkilin durun kənarda. Bir televiziya işçisi kimi xahiş edirəm, bunu birdəfəlik nəzarətə götürün və orada təmir işlərinə başlayın. İsti olsa belə, özüm də gəlib təmirdə iştirak edərəm. Amma həqiqətən oradan keçəndə qorxuram. Belə olmaz axı. Ürəyim əsir ki, körpü bu dəqiqə uçacaq. Mənimlə birlikdə neçə avtomobil oraya düşəcək. Bunu nəzərə alın".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 23:59
Top