Cavanşir Quliyev efirdə ağladı — VİDEO

MƏDƏNİYYƏT 11 iyn 2024, 18:50

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev efirdə göz yaşı töküb.

OLAY yazır ki, bəstəkar "İncə səhər” verilişində qonaq olub. Proqramın kollektivi sənətçiyə gənclik görüntüsünün və indiki halının əks olunduğu tablo hədiyyə edib. 

Bundan əlavə rəsmdə C. Quliyevin "Mən bu gün sözün tam mənasıyla deyə bilərəm ki, bütün varlığımla, qazandıqlarımla, yazdıqlarım və yazacaqlarımla büsbütün anamın əsəriyəm” sözləri də yer alıb.

Tablonu görən bəstəkar göz yaşlarını saxlaya bilməyib. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top