Köhnə maşını yeni modelə yığdıranda "texpasport" dəyişməlidirmi? — VİDEO

AVTO 08 iyn 2024, 15:28
Bəzən sürücülər idarə etdikləri avtomobildə müəyyən dəyişikliklər edirlər. Əsasən həmin modelin yeni versiyası və ya restayl forması istehsal edilən zaman onun detallarını əvvəlki modelə quraşdırırlar. Bu dəyişikliyi edən sürücülər bildirir ki, onları yol polisləri saxlayaraq məsuliyyətə cəlb edirlər.

Bu dəyişikliyi edən sürücüləri hansı məsuliyyət gözləyir?

Qeyd edək ki, bir çox avtomobil markalarının restayl olunmuş yeni versiyaları istehsal olunur. Buna misal olaraq "Toyota Land Cruiser" markalı avtomobili nümunə göstərmək olar. Bu avtomobilin yeni buraxılışında bamperləri, radiator barmaqlığı, faraları əvvəlki buraxılışından fərqlənir. Sürücülər bu hissləri əvvəlki buraxılış avtomobilə quraşdıraraq görünüşü dəyişirlər. Lakin onlara bildirilir ki, edilmiş dəyişiklik qeydiyyat şəhadətnaməsinə yazılmalıdır.

Avtosfer.az xəbər verir ki, eyni marka və modeldən olan avtomobilin restaylinq olunmuş fara, bufer, kapot detallarını əvvəlki modelə quraşdırılması heç bir hüquq pozuntusu yaratmır. Həmin hissələr eyni ölçüdə olduğu üçün rahat şəkildə əvvəlki modelə quraşdırmaq olur. Bu hissələrin hər hansı bir reyster nömrəsi olmadığı üçün, edilən dəyişiklik qeydiyyat şəhadətnaməsinə qeyd olunmamalıdır. Bunun tələb olunması özü bir hüquq pozuntusudur. Qeydiyyat şəhadətnaməsində qeydlər o zaman aparılır ki, Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətində olan məlumatlar (avtomobilin rəngi, mühərrikin, banın, şassinin nömrələri, mühərrikin yanacaq növü, mühərrikin həcmi, avtomobilin tipi, kütləsi) dəyişdirilsin.

Avtomobilə edilən hər dəyişikliyin qeydiyyat şəhadətnaməsində yazılmasının tələb edilməsi yolverilməzdir.

Odur ki, qeyd etdiyimiz dəyişikliyi edən sürücülər avtomobili təkrar qeydiyyata qoymadan rahat şəkildə idarə edə bilərlər.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 iyn 2024, 15:59
Top