"Evdə anamın şəkli ilə danışıram" — Səlim ağladı

ŞOU-BİZNES 07 iyn 2024, 23:46

"Bəzi müğənnilər, aparıcılar var idi ki, onların şad və pis günlərində yanında olmuşdum. Valideynlərimin vəfatından sonra mən onları öz yanımda görmədim".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Səlim Abbasov "Qonaqcanlı" verilişində deyib. Skripka ifaçısı pis günündə yanında olmayan dostlarından incidiyini dilə gətirib:

"Bir neçə veriliş var ki, buna görə oraya getmirəm. Halbuki mən onlarla təmənnasız dostluq etmişəm. Bir il ərzində qapımı döyüb demədilər ki, "Sənin yanındayam". 

Valideynlərimə çox bağlı olmuşam. İndi də bunun əziyyətini çəkirəm. Haradan gəlirdimsə, anama məlumat verirdim. O qədər buna öyrəşmişdim ki... İndi evimdəki mətbəxdə anamın şəkli ilə danışıram. Elə bil, bir az rahatlıq tapıram. Bəlkə də özümü aldadıram, bilmirəm".

Qeyd edək ki, musiqiçinin valideynləri 2021-ci ildə koronavirus infeksiyasına yoluxub və yerləşdirildikləri xəstəxanada vəfat edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 23:59
Top