Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə dövlət rüsumu müəyyənləşir

MALİYYƏ 07 iyn 2024, 14:19
Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə aid edilən döyüş təyinatlı hərbi texnika və hərbi silahla bağlı lisenziya verilməsinə görə dövlət rüsumu müəyyənləşir.

Demokrat.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əlavə edilməsi təklif edilən 22.0.40-cı maddəyə əsasən, döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12500 manat, saxlanılması üçün 12500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək. Eyni zamanda layihəyə əlavə edilən yeni 22.0.41-ci maddədə, döyüş sursatının layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12500 manat, saxlanılması üçün 12500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödənilməsi təklif edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top