İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış — Əmlaklarının SİYAHISI

SİYASƏT 31 may 2024, 12:22
Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib.

"Unikal" işdən çıxarılan Şair Alxasovun əmlaklarının siyahısını əldə edib:

- Qusarda evi ilə qarşı-qarşıya yerləşən hotel;
- Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binalar;
- 6 nömrəli məktəbin yanında hotel;
- Nəriman Nərimanov parkında restoran;
- Bayraq meydanının yaxınlığında 2 hotel;
- Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi;

Qeyd edək ki, Şair Alxasov meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini 1 sotu 5 min manatdan satırmış.

Xatırladaq ki, bir neçə gün öncə icra başçısı Şair Alxasovun yaxın adamı, bələdiyyə sədri Əlfəddin İbrahimov Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satdığına görə cinayət məsuliyyətinə cəlb edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top