Sloveniya Fələstini dövlət kimi tanıyacaq

DÜNYA 30 may 2024, 19:50
Sloveniya hökuməti Fələstini dövlət kimi tanımaq qərarına gəlib.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Qolob açıqlama verib.

Açıqlamada, bu qərarın döyüş əməliyyatlarının dərhal dayandırılması və girovların dərhal azad edilməsi üçün verildiyi bildirilib:

“Bu qərar İsrail dövlətinə və ya başqasına qarşı bir qərar deyil. Hökumətin bugünkü qərarının müsbət nəticə verməsini və hər kəsə nümunə olmasını arzulayırıq”.

Xatırladaq ki, İspaniya, Norveç və İrlandiya mayın 28-də Fələstini rəsmən tanımağa qərar verib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top