Ərdoğan G7 sammitində iştirak edəcək

XARİCİ SİYASƏT 30 may 2024, 11:34
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay İtaliyada keçiriləcək G7 sammitində iştirak edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı İtaliya hökuməti açıqlayıb.

Bildirilir ki, Rəcəb Tayyib Ərdoğanla İtaliyanın Baş naziri Ciorcia Meloni arasında telefon danışığı baş tutub. Söhbət zamanı Türkiyə sözügedən sammitə dəvət edilib və Ərdoğan tədbirdə iştirakını təsdiqləyib.

Qeyd edək ki, ABŞ, İngiltərə, Kanada, Fransa, Almanya, İtaliya və Yaponiyadan ibarət G7-nin sammiti bu il iyunun 13-15-də İtaliyanın Puglia blgəsində baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top