Kanadanın Saskatun şəhərində Müstəqillik Günü qeyd edildi — FOTOLAR

GÜNDƏM 29 may 2024, 09:50
Azərbaycanın Müstəqillik Günü münasibətilə  Kanadanın  Saskatun şəhərində tədbir keçirilib.

Demokrat.az xəbər verir ki, Saskatun şəhərində  “Azərbaycan Birliyi” sədri Ruhid Mirzəyev və Nigar Əliyevanın birgə təşkilatçılığı 28 may  Azərbaycanın Müstəqilliyinin 106-cı ildönümünü  təntəli qeyd edilib. Tədbir müstəqil Azərbaycanın üçrəngli bayrağının və himninin səsləndirilməsi ilə başlayıb.  Bu əlamətdar gündə  Azərbaycanın zəngin tarixi, mədəni irsinin  Kanadada tanıdılması üçün atılmış mühüm  hadisədir.

Tədbirin təşkilatçısı Ruhid Mirzəyev çıxış edərək  Xalq Cümhuriyyətinin keçdiyi yoldan söz açıb, müsəlman dünyasında ilk demokratik ölkə olan Azərbaycan Demokratik Respublikasının tarixi əhəmiyyətindən, 23 aylıq dövrü ərzində qazandığı uğurlardan, onun müstəqillik yolundakı mübarizəsindən danışıb.

Azərbaycanın regionda davamlı sülh və inkişaf üçün çalışdığını deyən Ruhid Mirzəyev bildirib ki, suverenliyimizin bərpasının bütün Qafqaz regionunda yeni reallıqlar yaratdığını qeyd edib.

Mərasimdə fəxri qonaqlar Bev Dubois, Filippin-Kanada Assosiasiyasının prezidenti Jenelyn Santosa, Mərakeşin fəxri konsulu xanım Ednali Fertuck-Zehaviyə çıxış edərək öz təbriklərini çatdırıblar.

Tədbirin sonunda Ruhid Mirzəyev bildirib ki, bu əlamətdar mərasimdə bizə qoşulan bütün qonaqlara səmimi təşəkkürümüzü bildiririk və xatirə fotosu çəkilib.









SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top