Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmiləri Ankarada səfərdədir — FOTOLAR

XARİCİ SİYASƏT 28 may 2024, 16:29
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir. 

Agentlik rəsmiləri Ulu Öndər Heydər Əliyevin Ankaradakı abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıb. 

Səfər çərçivəsində Türkiyə Respublikası Mədən və Neft İşləri Baş İdarəsi ilə səmərəli əməkdaşlığın təşkili və perspektivlərin dəyərləndirilməsi istiqamətində görüşlərin keçirilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, Ankara səfəri iki qurum arasında ötən il imzalanan Niyyət Protokolu əsasında baş tutub.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top