“ATƏT bizim üçün keçmişdə qalıb” — AÇIQLAMA

GÜNDƏM 27 may 2024, 18:29
ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borq deyib ki, Azərbaycan və Ermənistan arasında davamlı və hərtərəfli sülhə nail olmaq hamının marağındadır. O, “Report”a müsahibəsində məsələnin ATƏT üçün də prioritet olaraq qaldığını bildirib: “Hər iki paytaxtda apardığım müzakirələrdən gəldiyim qənaət odur ki, irəliləyiş əldə edilib. Hərtərəfli sövdələşmənin əldə olunacağına nikbin baxıram. Bu cür proseslər mürəkkəbdir və vaxt istəyir. Sülh və təhlükəsizliyə nail olmaq üçün bizə praqmatizm, realizm və həqiqi siyasi iradə lazımdır”.

ATƏT sədrinin fikirlərinə münasibət bildirən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, uzun müddət Azərbaycan ATƏT-in Minsk qrupundan fayda görmədi.

O, Demokrat.az-a açıqlamasında deyib ki, bu müddət ərzində ABŞ, Fransa və Rusiya xristian həmrəyliyi göstərdilər və Ermənistanın yanında oldular:

“Bu günə qədər Rusiya öz mövqeyində dəyişiklik etsə də, ABŞ və Fransa eyni mövqedə qalmaqda davam edir. Ona görə də Azərbaycan-Ermənistan münasibətlərinin ATƏT-in marağında olduğu inandırıcı görünmür. Cənab Prezident də vurğuladı ki, həmsədrlərin fəaliyyətinin artıq heç bir mənası yoxdur. İnandırıcı deyil ki, onlar sülhün əldə olunmasını istəyirlər. Azərbaycan ATƏT-in mövqeyini çox gözəl bilir və artıq bu qurum bizim üçün keçmişdə qalıb”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top