Le Penin partiyası Makronun koalisiyasını üstələyir

DÜNYA 26 may 2024, 18:59

Marin Le Penin rəhbərlik etdiyi Fransanın ifrat sağçı Milli Birlik partiyası qarşıdan gələn Avropa Parlamenti seçkiləri ərəfəsində prezident Emmanuel Makronun İntibah koalisiyası üzərindəki üstünlüyünü artırır.

Bu barədə "La Tribune" və BMF TV-nin keçirdiyi sorğuya istinadən məlumat yayılıb.

Araşdırmanın nəticələrinə görə, respondentlərin 33%-i Milli Birliyi, 15,5%-i isə Makronun İntibah partiyasının daxil olduğu hakim koalisiyanı dəstəkləməyə hazır olduğunu bildirib.

Seçicilərin 13%-i Rafael Qluksmannın rəhbərlik etdiyi Sosialist partiyasına səs verməyə hazırdır. Daha 6% isə Yaşıllar partiyasına sadiqdir.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top