İtaliyalı mütəxəssis "Çelsi"nin baş məşqçisi ola bilər

İDMAN 25 may 2024, 14:22
İngiltərənin "Çelsi" klubunda baş məşqçi postuna daha bir namizəd bəlli olub.

"Report" "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, bu, "Brayton"la vidalaşan Roberto De Zerbidir.

London təmsilçisi 44 yaşlı mütəxəssislə əməkdaşlıq etmək imkanını nəzərdən keçirir.

Qeyd edək ki, italiyalı baş məşqçi son iki mövsüm "Brayton"da işləyib. Komanda ötən il onun rəhbərliyi altında Premyer Liqada altıncı, bu mövsümdə isə 11-ci olub. "Çelsi" mayın 21-də baş məşqçisi Mauritsio Poçettino ilə yolları ayırdığını açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top