Rusiya Yaponiya ilə nüvə silahına dair müqaviləni ləğv edib

DÜNYA 24 may 2024, 23:24

Rusiya Xarici İşlər Nazirliyi Yaponiya ilə nüvə silahlarının azaldılması sahəsində sazişə xitam verildiyini açıqlayıb.

APA Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquqi aktların rəsmi nəşri portalında deyilir.

“2024-cü il mayın 21-də Rusiya Federasiyası hökuməti ilə Yaponiya hökuməti arasında Rusiya Federasiyasında ixtisar edilməli olan nüvə silahlarının ləğv edilməsinə köməklik göstərilməsi və bu məqsədlər üçün əməkdaşlıq komitəsinin yaradılması üzrə əməkdaşlıq haqqında sazişə xitam verildi”, - sənəddə deyilir.

Müvafiq saziş 1993-cü il oktyabrın 13-də Tokioda imzalanıb.

Sənəd nüvə silahlarının azaldılması sahəsində əməkdaşlıq komitəsinin yaradılmasının zəruriliyini nəzərdə tutub.

Bu razılaşmanın bir hissəsi olaraq Tokio və Moskva nüvə silahlarının ləğvi ilə bağlı məlumat və tədqiqat nəticələri mübadiləsi aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top