Hərbi Prokurorluq və Daxili Qoşunlar birgə tədbir keçirdi — FOTOLAR

HƏRBİ 24 may 2024, 17:45
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ili və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Hərbi Prokurorluq və DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları birgə tədbir keçiriblər.

Demokrat.az xəbər verir ki, tədbirdə çıxış edən hərbi prokurorun böyük köməkçisi - Mətbuat xidmətinin rəhbəri - baş ədliyyə müşaviri Firad Əliyev baş prokuror Kamran Əliyevin və hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb.

F.Əliyev, Bakı hərbi prokuroru - ədliyyə polkovniki Fərid Şükürov, prokuror müavini - ədliyyə müşaviri Samir Əzimzadə, Vətən müharibəsi qəhrəmanları polkovnik Zəfər Yusibov, polkovnik-leytenant Nicad Bədəlov və digər şəxslər çıxış ediblər. Onlar çıxışlarında Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən DİN-in Daxili Qoşunları ilə səmərəli qarşılıqlı işgüzar münasibətlərindən söhbət açıblar.

Bundan sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələbləri, hüquq və vəzifələr, həmçinin ekoloji qanun pozuntuları, ekoloji cinayətlər və məsuliyyətdən danışılıb. Daha sonra hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

Sonda birgə ağaclar əkilib.









SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top