Şirkət rəhbəri və onun qardaşı oğlunu öldürmək istəyənə hökm oxundu

KRİMİNAL 23 may 2024, 20:45
Bakının Qaradağ rayonunda "Eurolux" şirkətinin rəhbərini öldürməyə cəhd etməkdə təqsirləndirilən Taryel Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Taryel Vəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin aprelin 18-də saat 17 radələrində Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əmrah Kərimov və qardaşı oğlu Orxan Kərimova münaqişə zəminində çoxsaylı bıçaqla xəsarətləri yetirilməsi barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat daxil olub.

Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Füzuli rayon sakini Tariyel Vəliyev müəyyən edilib. 

İttihamda qeyd edilib ki, təqsirləndirilən şəxs Taryel Vəliyev Bakıda "Eurolux"şirkətinin anbarları vəzifəsində çalışdıəl müddətdə həmin anbardan külli miqdarda oğurluq edilib. İş üzrə cinayət işi başlanıb və Taryel Vəliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilsə də, barəsində həbs qəti imkan tədbiri seçilməyib. 

Məhkəmə istintaqı dövründə Taryel Vəliyev barışıq üçün "Eurolux" şirkətinin rəhbəri Əmrah Kərimovla danışığına gedib. Danışıq zamanı tərəflər arasında mübahisə yaranıb. 

Nəticədə Taryel Vəliyev şirkət rəhbəri Əmrah Kərimov və onun qardaşı oğlu Orxan Kərimovun bıçaqlayıb.

Taryel Vəliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci(xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top