Dünya

Putin ABŞ-nin ölkədəki aktivlərindən istifadəyə icazə verdi

Putin ABŞ-nin ölkədəki aktivlərindən istifadəyə icazə verdi

Rusiya prezidenti Vladimir Putin Rusiyaya və ya Rusiya Mərkəzi Bankına dəymiş ziyanı kompensasiya etmək üçün ölkəsində ABŞ-yə məxsus aktivlərin istifadəsinə icazə verib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Putinin imzaladığı fərman ölkənin hüquqi informasiya sistemində dərc olunub.

Fərman hökumətə ABŞ-də dondurulmuş Rusiya aktivləri müqabilində Rusiyada istifadə oluna biləcək ABŞ aktivlərini müəyyən etmək səlahiyyəti verib.

Xatırladaq ki, ABŞ Senatı aprelin 24-də Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya göndərilməsini təsdiqləyib.

Həmçinin, Qərb ölkələri Rusiyaya məxsus təxminən 300 milyard dollarlıq aktivlərini dondurmuşdu.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova