Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

HADİSƏ 23 may 2024, 00:30
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə "Report"un Cənub bürosuna hadisə şahidləri bildiriblər.

Məlumata görə, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib. Belə ki, “VAZ-2106" markalı minik avtomobili 35-40 yaşlı qadını (şəxsiyyəti dəqiqləşdirilir - red) vurub.

Ağır xəsarətlər alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yaralının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top