Rəisinin öldüyü helikopter qəzası ilə bağlı yeni DETALLAR

DÜNYA 22 may 2024, 08:15
İran Prezidenti İbrahim Rəisini müşayiət edən helikopterin göyərtəsində olan ölkənin Prezident Aparatının rəhbəri Qulamhüseyn İsmaili qəza ilə bağlı yeni təfərrüatları açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

O bildirib ki, uçuş zamanı hava şəraiti əlverişli olub, bulud örtüyü məhdud ərazidə qeydə alınıb:

“Günorta saat bir radələrində heç bir dəyişkən hava şəraiti olmadığı üçün aydın havada Təbrizə uçuş başladı. Təxminən 45 dəqiqəlik hərəkətdən sonra mədən yaxınlığındakı dərədə bulud ləkəsi müşahidə olunurdu. Prezidenti daşıyan helikopterin pilotu səhra komandiri kimi digər pilotlara bildirirdi ki, buludlardan yuxarı çatmaq lazımdır, buna görə yüksəkliyə qalxmalıdırlar. Ortadakı helikopter Prezidenti aparırdı. Bizim pilotumuz 30 saniyə buludların üzərində yol gedəndən sonra ortadakı helikopterin olmadığını başa düşdü”.

Onun sözlərinə görə, ortadakı helikopter yuxarı qalxmadığı üçün özünün olduğu helikopterin pilotu geri qayıtdı:

“Ondan geri qayıtmağının səbəbini soruşanda ortadakı helikopterin gəlmədiyini dedi. Biz qayıdaraq onları tapmaq qərarına gəldik. Bulud olan bu hissədə aşağını görə bilmirdik, buludun altına qayıtmaq mümkün deyildi. Heç bir radio rabitəsi qurmaq cəhdimiz mümkün olmadı. Bir-iki dəqiqədən sonra Süngün mis mədəninə endik və məsələni müşahidə etməyə başladıq”.

Qeyd edək ki, bu gün – mayın 21-də Təbrizdə helikopter qəzasında həlak olmuş İran Prezidenti Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə vida mərasimi keçirilir.

Təbrizdən sonra həlak olanların cənazələri paytaxt məscidində ümumi cənazə namazı üçün Tehrana göndəriləcək.

İbrahim Rəisi mayın 23-də doğulduğu Məşhəd şəhərindəki İmam Rza mavzoleyində dəfn olunacaq.

İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian mayın 19-da Şərqi Azərbaycan əyalətinin şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar olublar.

Prezident və xarici işlər nazirilə yanaşı, helikopterdə olan Şərqi Azərbaycan valisi Malek Rahmati, Təbriz şəhərinin cümə namazı rəhbəri Seyid Məhəmməd Əli Haşimi və prezidentin mühafizə dəstəsinin üzvü Mehdi Musəvi də ölüblər. Ümumilikdə 8 nəfər həlak olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top