Türkiyə Ordusu İraqda 3 terrorçunu məhv etdi

DÜNYA 20 may 2024, 17:43
Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi hərbi əməliyyat zamanı İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı zonası və Hakurk bölgələrində 3 nəfər terrorçu zərərsizləşdirilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən terrora və terrorçulara qarşı əməliyyatlar uğurla davam edir:

“Son əməliyyatlar nəticəsində İraqın şimalında "Pəncə-kilid" əməliyyatı zonası və Hakurk bölgələrində aşkarlanan 3 PKK terrorçusu zərərsizləşdirilib. Bölgədə və digər ərazilərdə araşdırma tədbirləri davam edir”.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top