Həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırıldı

GÜNDƏM 20 may 2024, 14:39
İran Prezidenti İbrahim Rəisinin qəzaya helikopterində həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün genetik ekspertiza aparılmayacaq.

Bu barədə "Tasnim" agentliyi İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Məhəmməd Həsən Namiyə istinadən məlumat verib.

"Həlak olanların cəsədlərinin yanmasına baxmayaraq, xilasedicilər onların şəxsiyyətini müəyyənləşdirərək təcili tibbi yardım briqadalarına təhvil veriblər", - deyə Məhəmməd Həsən Nami bildirib.

Onun sözlərinə görə, aviaqəzada həlak olanların cəsədləri Təbriz şəhərinə çatdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top