Sürücülərin nəzərinə: "Belə havalarda nəqliyyat vasitəsi qüsursuz vəziyyətdə olmalıdır"

SOSİAL 20 may 2024, 12:40
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşdırılıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mayın 20-də gecə və səhər bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşa bilər. 

Nəqliyyat eksperti Rövşən Həsənov Demokrat.az-a açıqlamasında qeyd edib ki, əlverişsiz hava şəraitində sürücülər texniki parametrlərin qaydasında olmasına diqqət etməlidirlər:

"Sürücülər nəqliyyat vasitəsini tam qüsursuz hazır vəziyyətə gətirib yolq çıxmalıdırlar. Belə ki, nəqliyyat vasitəsinin əyləc sistemindən tutmuş, işıqlandırma sisteminə qədər mütləq nəzarətdə saxlamaq lazımdır. Yəni, uzaq vuran işıqlar, duman əleyhinə olan işıqlar, yaxın məsafəni işıqlandırmaq üçün nəzərdə tutulan işıqlar, əyləc sistemi normada olmalıdır. 

Ən əsası odur ki, sürət həddini aşmayıb harasa tələsməsinlər. Belə əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq lazımsız məsafələri qət etmək lazım deyil. Məsələn, istirahət, əyləncə kimi yerlərə getməsək daha yaxşı olar. Sağlamlığımızın daha önəmlidir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top