Rusiyada yük vaqonları relsdən çıxdı

DÜNYA 14 may 2024, 21:55
Rusiyanın Volqoqrad vilayətində yük qatarı relsdən çıxıb.

Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, qəzaya səbəb vaqonlara kənardan müdaxilə edilməsi olub. 

Nəticədə yanacaqla dolu iki vaqon alışıb və partlayış baş verib. 

Əraziyə yanğınsöndürmə briqadası və polis qrupları göndərilib. 

İlkin məlumata görə, xəsarət alan olmayıb. Stansiya ərazisində qatarların hərəkəti dayandırılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top