Borrelldən Rəfah çağırışı

DÜNYA 12 may 2024, 13:24
Avropa diplomatiyasının rəhbəri Cozep Borrell İsraili Qəzza zolağının cənubundakı Rəfah şəhərində mülki əhalinin təhlükəsizliyini təmin etməyə çağırıb.

Demokrat.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

“İsrailin beynəlxalq hüquqa əsasən mülki şəxslərin təhlükəsizliyini təmin etmək öhdəliyi var”, - o qeyd edib.

Borrell İsrail hakimiyyətini Rəfahda quru əməliyyatı keçirməməyə çağırıb, çünki bu, dəhşətli humanitar böhranı daha da pisləşdirə bilər.

O vurğulayıb ki, mülki əhalinin təhlükəli ərazilərə köçməyə məcbur edilməsi qəbuledilməzdir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 may 2024, 12:22
Top