Yeni Zelandiyada 5,4 maqnitudada zəlzələ olub

DÜNYA 12 may 2024, 10:28
Sakit okeanda, Yeni Zelandiyanın bir hissəsi olan Kermadek arxipelaqında 5,4 maqnitudada zəlzələ baş verib.

Demokrat.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,3 min nəfər əhalisi olan Hiks-Bey şəhərindən 903 km şimalda, zəlzələ ocağı 44 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top