Azərbaycan Premyer Liqasında 34-cü tur start götürür. “Qafqazinfo” xəbər verir ki, ilk gündə bir oyun keçiriləcək.
Açılış matçında “Neftçi” meydana çıxacaq. İkinci yerə iddia edən paytaxt təmsilçisi dogma arenasında “Kəpəz”i qəbul edəcək.
Hazırda “Neftçi” 50 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıbsa, “Kəpəz” 35 xalla 8-cidi.
Qeyd edək ki, turun digər oyunları mayın 11-12-də olacaq.
Premyer Liqa 34-cü tur 10 may
19:00. “Neftçi” – “Kəpəz” “Neftçi Arena”

