Ağdamda 12 yaşlı uşağı ilan sancıb

HADİSƏ 09 may 2024, 13:20

Ağdamda 12 yaşlı uşağı ilan sancıb.

APA xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.

Kənd sakini Canpolad Xasay oğlu Piriyev həyətdə oynayarkən ilan onu sol ayağından sancıb. C.Piriyev təcili yardım avtomobili ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, ilkin müayinə olunub və xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda həyati təhlükəsi yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top