Bakı Media Mərkəzi işğaldan azad olunan torpaqlarımızda mövcud mina probleminə qarşı qadın minaaxtaranlarımızın cəsarətli, fədakar mübarizəsi barədə xüsusi film layihəsi reallaşdırır. “Ölüm axtaran qadın” adlanan tammetrajlı sənədli film layihəsinə beynəlxalq səviyyədə də dəstək göstəriləcək.
Film, Polşa Kino İnstitutunun beynəlxalq müştərək istehsal müsabiqəsinin qalibi olub.
Filmin Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, rejissoru Fariz Əhmədov, ssenari müəllifi Fariz Əhmədov və İsmayıl İman, operatorları Mateuş Çuxnovski (Polşa), Daniel Quliyev, redaktorları Rasim İsmayılov və Esmira Əyyub, kreativ prodüserləri Maçey Driqas (Polşa) və Tahir Əliyev, ko-prodüseri Vita Zelakeviciute (Polşa) və prodüseri Orman Əliyevdir.
“Ölüm axtaran qadın” film layihəsi Azərbaycan Repsublikası Kino Agentliyinin 2023- cü ildə keçirdiyi müsabiqənin də qaliblərindən biridir. Film Bakı Media Mərkəzi ilə Polşanın “Drygas Film Production” şirkətinin birgə istehsalıdır. Filmin əsas mövzusu olan qadın minaaxtaranlar layihəsi isə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilir.